Bütün xəbərlər
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Tərtərdə minaya düşüb
Tarix: 26-04-2023 12:00 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər