Bütün xəbərlər
Avtomobili atəşə tutmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Tarix: 25-04-2023 22:46 | Bölmə: Cəmiyyət


Stavropol hüquq-mühafizə orqanlarının əməkdaşları Stavropolda bir nəfəri öldürməkdə şübhəli bilinən üç Qaraçay-Çərkəz sakini saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edənlər qurbanın olduğu avtomobilə azı 60 güllə atıblar.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 17-də naməlum şəxslər Stavropolda Kosmonavtov küçəsində 33 yaşlı kişinin olduğu avtomobilə atəş açıb. Zərərçəkən daha sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Stavropol diyarı üzrə istintaq idarəsinin məlumatına görə, azı yeddi hücumçu olub. Onlar qurbanın olduğu "Lada Vesta" markalı avtomobilə odlu silahdan 60-a yaxın atəş açıblar. Cinayəti törədənlər 4 maşınla qaçıblar. Qətl və odlu silahın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlanıb.
Çərşənbə axşamı üç şübhəlinin həbs olunduğu məlum olub. Onların hamısının 28-32 yaş arası Qaraçay-Çərkəz Respublikasının sakinləri olduğu üzə çıxıb. Onlardan biri artıq məhkəmənin qərarı ilə həbs edilib, digər ikisinin barəsində isə yaxın vaxtlarda həbs qətimkan tədbiri seçiləcək. Faktla bağlı araşdırma aparılır, cinayətin digər iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir.


Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər