Bütün xəbərlər
Qatarda körpəni öldürən qız istintaq təcridxanasına göndərilib
Tarix: 25-04-2023 20:05 | Bölmə: Cəmiyyət


Yeni doğulmuş oğlunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan 24 yaşlı Çexov sakini qarşıdakı iki ayı istintaq təcridxanasında keçirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı çərşənbə axşamı Moskvanın Lefortovo Məhkəməsi qəbul edib.
Körpənin qətlə yetirilməsindən yarım gün sonra saxlanılan şübhəli daha əvvəl günahını etiraf etsə də, hərəkətinin motivini izah edə bilməyib.
Qətl aprelin 23-də axşam saatlarında doğuşun baş verdiyi MKM-ə gedən qatarın tualetində baş verib. Gənc ananın özü göbək bağını kəsib, daha sonra oğlunun ağzını cındırla bağladıqdan sonra eyni qayçı ilə bıçaqlayaraq öldürüb. O, körpənin cəsədini tualetə qoyub qaçıb.
Azyaşlının qətlinə görə qadını koloniyada 8 ildən 20 ilə qədər həbs gözləyir.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər