Cümə, 7 mart 2025, 04:31:17  
Son xəbərlər:
Bütün xəbərlər
Ağstafada köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verib
Tarix: 23-04-2023 00:33 | Bölmə: Cəmiyyət


Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorrluqdan məlumat veriblər. 
Məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq aparılır.



Baxış sayı: 649


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb