Bütün xəbərlər
Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 22-04-2023 00:48 | Bölmə: Cəmiyyət

Apelin 18-də Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
ilkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb