Bütün xəbərlər
Evdə yanğından sonra üç uşağın cəsədi tapılıb
Tarix: 20-04-2023 23:13 | Bölmə: Cəmiyyət


Bryansk vilayətində azyaşlı uşaqların ölümü ilə bağlı cinayət işi başlanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların cəsədləri Karaçevski rayonunun kəndlərindən birində baş vermiş yanğın söndürüldükdən sonra tapılıb.
Regional istintaq idarəsinin məlumatına görə, aprelin 20-də axşam saatlarında Bryanskın Boşino kəndinin Şkolnaya küçəsindəki fərdi yaşayış evlərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra yanğınsöndürənlər yanmış tikililər arasında evdə yaşayan 3 azyaşlı uşağın meyitini aşkar ediblər.
Faciəli hadisə ilə bağlı “Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb