Bütün xəbərlər
FSB insanların sıx olduğu yerdə terror aktı hazırlayan şəxsi ələ keçirib
Tarix: 20-04-2023 23:05 | Bölmə: Cəmiyyət


Rusiya FTX-nin əməkdaşları Mineralnıye Vodıda çoxlu insanların toplaşdığı ictimai yerdə terror aktı törətməyi planlaşdıran İŞİD (Rusiya Federasiyasında qadağan olunmuş) terror təşkilatının tərəfdarını saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Stavropol diyarı ərazisində potensial terrorçunun fəaliyyətinin qarşısının alınması məqsədilə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Saxlanılan şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, Yaxın Şərqdə yerləşən İŞİD emissarlarının (Rusiya Federasiyasında qadağan olunmuş) istiqamətində terror aktı planlaşdırıb.
Saxlanılan şəxsin Mineralnıye Vodıdakı mənzilində axtarış aparılıb, axtarış zamanı əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər, habelə xarici emissarlarla əlaqə vasitələri aşkar edilərək götürülüb.
“İnterfaks” yazır ki, faktla bağlı terror aktının hazırlanması maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb