20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Sankt-Peterburqdakı internat məktəbi yoxlanılacaq
Tarix: 19-04-2023 23:38 | Bölmə: Cəmiyyət


Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Sankt-Peterburqun 10 saylı psixo-nevroloji internat məktəbi ilə bağlı audit yoxlaması keçirməyi planlaşdırdığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl, Moskva Səhiyyə Departamentinin nümayəndəsi Nyuta Federmesser, bu müəssisədə yeddi şagirdin "bu yaxınlarda" öldüyünü söylədiyi bir bəyanat yayımladı, sonuncu ölüm aprelin 17-də qeydə alınıb. Federmesser, həmçinin uşaqların pis qidalandığını, internat məktəbində kadrların az olduğunu və könüllülərə icazə verilmədiyini bildirib.
"Biz səlahiyyətli orqanlara sorğular göndərmişik, - Lvova-Belova deyib. "Yoxlama aparılacaq".



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər