Bütün xəbərlər
Naməlum şəxslər avtomobilə atəş açıb
Tarix: 19-04-2023 23:28 | Bölmə: Cəmiyyət


Stavropolda naməlum şəxslər bir kişinin olduğu avtomobilə atəş açıb, o, ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BQXK-nın regional İstintaq Komitəsindən verilən məlumata görə, qətl və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi açılıb.
Cinayət aprelin 17-nə keçən gecə Stavropolun Kosmonavtov küçəsində baş verib. Bir qrup içəri girən şəxs həmin an salonda oturan 33 yaşlı kişinin olduğu avtomobilə atəş açıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Ümumi təhlükəli üsulla adam öldürmə və odlu silahın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.
Rayon Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atışma iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir və onların tutulması istiqamətində də tədbirlər görür.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb