Bütün xəbərlər
Həyat yoldaşını kiçik uşaqların gözü qarşısında boğmağa cəhd edib
Tarix: 18-04-2023 23:14 | Bölmə: Cəmiyyət


Moskva müstəntiqləri arvadını uşaqların gözü qarşısında az qala öldürən kişiyə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanadadır.
Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, çərşənbə axşamı 26 yaşlı kişi Litovski bulvarındakı yaşayış binasında olarkən 29 yaşlı arvadı ilə mübahisə edib və münaqişə zamanı onu boğmağa başlayıb.
Qadın huşunu itirib. Bütün bu müddət ərzində mənzildə uşaqlar var idi. Zərərçəkənin anası qızının evində nəsə olduğundan şübhələnərək polisə müraciət edib.
Hazırda hücum edən şəxs saxlanılıb, onun barəsində “qətl etməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir. İstintaqın gedişinə Çeryomuşkinskaya Rayonlararası Prokurorluğu nəzarət edir.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb