Bütün xəbərlər
Kişi qadını və azyaşlı uşaqları yaralayıb
Tarix: 17-04-2023 23:56 | Bölmə: Cəmiyyət


İnquşetiya Respublikasının istintaq orqanlarının əməkdaşları Nazran şəhərinin 28 yaşlı sakini barəsində başlanmış xuliqanlıq cinayəti ilə bağlı araşdırma aparır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, o, mənzilinin pəncərəsindən yoldan keçənlərə atəş açıb.
İnquşetiya İstintaq İdarəsinin bazar ertəsi verdiyi məlumata görə, hadisə aprelin 15-də baş verib. Nazran şəhərinin Moskva küçəsində yerləşən yaşayış binasının pəncərəsindən bir nəfər yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində 11 və 12 yaşlı uşaqlar, həmçinin 42 yaşlı qadın xəsarət alıb.
Şübhəli şəxs barəsində “Silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb, həmin şəxs saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.



Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb