Bütün xəbərlər
Bryansk vilayətində sərhədi keçməyə cəhd edilib
Tarix: 17-04-2023 23:15 | Bölmə: Cəmiyyət


Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bazar ertəsi axşam öz Telegram kanalında Ukraynadan olan naməlum şəxslərin sərhədi keçmək cəhdi barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rayon rəhbəri aprelin 17-də naməlum şəxs tərəfindən Poqarski rayonunun Zapesoçye kəndi yaxınlığında Ukrayna ərazisindən Rusiya dövlət sərhədini qanunsuz keçməyə uğursuz cəhd barədə məlumat verib.
Qanunu pozan şəxs Rusiya ərazisinə daxil ola bilməyib. O, Rusiya hərbçiləri tərəfindən ölkəyə nüfuz etməmək və sərhəd kəndlərinin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün yaradılmış minalanmış mühafizə xəttində partladılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb