Bütün xəbərlər
Qubernator uşaq ölümündən sonra sahibsiz itləri tutmağı tapşırıb
Tarix: 16-04-2023 21:48 | Bölmə: Cəmiyyət


Orenburq vilayətinin bələdiyyə rəhbərlərinə 8 yaşlı bir uşağa bir dəstə itin hücumundan sonra ərazini araşdırmaq və bütün sahibsiz itləri tutmaq tapşırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Denis Pasler teleqram kanalında yazıb.
"İndi bütün bələdiyyə başçıları təcili olaraq ərazilərdə yenidən araşdırma aparmalı, baxımsız qalan bütün itləri tutmalıdırlar", - deyə, rayon rəhbəri bildirib. Bunun üçün başqa şeylərlə yanaşı, yerli sakinlərin məlumatlarından da istifadə etmək lazımdır, deyə, o əlavə edib.
Paslerin sözlərinə görə, sahibsiz itlərin evtanaziyasını qadağan edən mövcud qanun mükəmməl deyil, çünki sterilizasiya və çipdən sonra heyvanlar küçələrə buraxılır.
"Təəssüf ki, bu gün qanunvericiliyin nəzərdə tutduğu tədbirlər yetərli deyil. Heyvanları çipləmək insanların təhlükəsizliyinin təminatı deyil. Çərşənbə günü itlərin geri qayıtmasıdan zərər çəkənlər olub", - qubernator yazıb.
"Biz qanunun dəyişdirilməsi ilə bağlı təklifləri Rusiya hökumətinə göndərdik və onun yekunlaşmasını istəyirik", - Orenburq vilayətinin başçısı əlavə edib. O, qanuna hansı dəyişikliklərin təklif olunduğunu dəqiqləşdirməyib.
Faciə aprelin 16-da Orenburqun Sənaye Məhəlləsində baş verib. 8 yaşlı uşaq qaraj kooperativinin yaxınlığında gəzən zaman bir sürü sahibsiz itlər ona hücum edib. Aldığı yaralar nəticəsində uşaq yerindəcə keçinib.
Uşaq ölümü faktı ilə bağlı müstəntiqlər tərəfindən “Səhlənkarlıq, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb. Hadisənin baş vermə şəraiti müəyyən edilir.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb