Bütün xəbərlər
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Tarix: 15-04-2023 20:00 | Bölmə: Cəmiyyət

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
ibtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb