20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
İlya Kiva deyib ki, xarici qatillər onu Moskvada ovlamaq istəyiblər
Tarix: 14-04-2023 22:04 | Bölmə: Cəmiyyət

Hazırda Rusiyada olan Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva jurnalistlərə bildirib ki, ötən il ona qarşı sui-qəsd hazırlanıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi RİA Novosti agentliyinə sui-qəsd barədə danışıb, İlya Kivanın fikrincə, bunu xarici muzdlular etməli idi. Ali Radanın keçmiş deputatının məlumatına görə, onu hərəkət etdiyi zirehli maşından çıxarkən güllələmək istəyiblər.
Kiva bildirib ki, qatillər onu 2022-ci ilin sentyabrında ya yaşadığı yerdə, ya da tez-tez baş çəkdiyi Ostankino televiziya mərkəzində güllələməyi planlaşdırıblar. Lakin muzdluların planları rus kəşfiyyatçıları tərəfindən alt-üst olunub.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər