20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Prokuroru zorakılıqla hədələyən vəkil həbs edilib
Tarix: 13-04-2023 23:19 | Bölmə: Cəmiyyət


Ötən gün Moskvada hakimiyyət nümayəndəsini zorakılıqla hədələmək ittihamı ilə saxlanılan vəkil Presnenski Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin Telegram kanalının məlumatına görə, vəkil Timur İdalov ən azı iyunun 10-dək həbs edilib.
Çərşənbə günü İdalovun 2022-ci il oktyabrın 3-də paytaxt məhkəmələrindən birində baş vermiş insidentlə bağlı saxlanıldığı bildirilib. Məhkəmə iclasında olan vəkil özünü ədəbsiz aparıb və dövlət ittihamçısını repressiya ilə hədələyib. Hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq etməklə hədələyən vəkil barəsində cinayət işi başlanıb.
Timur İdalov Xabarovsk diyarının keçmiş qubernatoru Sergey Furqalın işi üzrə təqsirləndirilən şəxslərdən birinin müdafiəsi və hüquq müdafiəçisi Lev Ponomarevin (Rusiyada xarici agent kimi tanınır) maraqlarını təmsil etməsi ilə tanınır.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər