20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
İki yaşlı qızının ölümündən sonra əcnəbi qadın saxlanılıb
Tarix: 13-04-2023 22:30 | Bölmə: Cəmiyyət


Tosno şəhərinin istintaq idarəsinin əməkdaşları xarici dövlətin vətəndaşına qarşı ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, onun azyaşlı övladı pəncərədən yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Leninqrad vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, şübhəli şəxs Rusiyada qanunsuz olub və Leninqrad vilayətinin Tosnenski rayonunda yaşayıb. Bazar günü, aprelin 9-da qadın iki yaşlı qızını pəncərəsi açıq otaqda nəzarətsiz qoyub.
Qız pəncərənin altına çıxıb, ağcaqanad üçün qoyulmuş tora söykənib və dördüncü mərtəbədən yıxılıb. Uşaq çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər qızı xilas edə bilməyib, bir neçə gün sonra dünyasını dəyişib.
Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Uşağa qulluq vəzifəsini pozan 1997-ci il təvəllüdlü qadın saxlanılıb. Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq və həbs qətimkan tədbiri seçiləcək.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər