20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 13-04-2023 14:08 | Bölmə: Cəmiyyət

Aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Məlumata görə, ilkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər