Bütün xəbərlər
Təhlükəsizlik qüvvələri sükanda sərxoş yeniyetmənin olduğu avtomobilin təkərlərinə atəş açıb
Tarix: 11-04-2023 23:55 | Bölmə: Cəmiyyət


Sankt-Peterburqda sərxoş 16 yaşlı şagird gecə saatlarında anasının avtomobilini qaçıraraq polislə yarışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ehtiyatsız sürücünü saxlamaq üçün asayiş keşikçiləri təkərlərə atəş açmalı olublar.
Rusiya Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, Kinqisepp şossesində əcnəbi avtomobilin qəribə manevrləri polisin diqqətini çəkib. Dayanmaq təklifinə cavab olaraq sürücü sürəti artıraraq qaçmağa çalışıb.
Müfəttişlər səsgücləndirici vasitəsilə vaxtaşırı qanun pozuntusuna son qoymağa çağıraraq, pozucunu təqib etməyə başlayıblar. Lakin təkərlərə ardıcıl atışlardan sonra maşını saxlamaq mümkün olub.
Həbsdən sonra gənc sürücü tibbi müayinədən imtina edib. İnzibati protokollar tərtib edilib, yeniyetmə ilə bağlı materiallar yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya verilib. Bundan əlavə, məsuliyyəti gənc atlının anası daşıyacaq.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb