Bütün xəbərlər
Ukraynada Dnepropetrovsk həbsxanasında yanğın baş verib
Tarix: 11-04-2023 23:48 | Bölmə: Cəmiyyət


Ukrayna mediası Dnepropetrovskda yerləşən koloniyanın ərazisindən qalxan qara tüstü buludlarının görüntülərini nümayiş etdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı Dnepropetrovsk koloniyasında baş verən yanğın haqqında, RİA Novosti Ukrayna mətbuatına istinadən xəbər verir. İlkin məlumata görə, hadisə 89 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Sosial şəbəkələrdə cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən Qərb yaşayış massivinin sakinləri tərəfindən lentə alınan video yayılıb. Kadrlarda qalın tüstü buludları görünür. Yanğının başvermə səbəbləri, zərərçəkənlər və hadisənin baş vermə şəraiti barədə məlumatlar dəqiqləşdirilir.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb