Bütün xəbərlər
Keçmiş xalq deputatı Vladimir Stretoviç dünyasını dəyişib
Tarix: 10-04-2023 23:20 | Bölmə: Cəmiyyət


Ukraynada aprelin 6-da axşam saatlarında keçmiş xalq deputatı, Xristian Demokratik Birlik Partiyasının keçmiş rəhbəri Vladimir Stretoviç avtomobil qəzasında həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, UNİAN agentliyinin məlumatına görə, 64 yaşlı Stretoviç Kiyev-Çop magistralında Jitomir vilayətinin Kamenka kəndi yaxınlığında qəzaya uğrayan avtomobillərdən birində olub.
Eyni zamanda, ukraynalı jurnalist Miroslava Berdnik öz Telegram kanalında bu qəza ərəfəsində Vladimir Stretoviçin UOC məbədlərindən birinin ələ keçirilməsinə rəhbərlik etdiyinə diqqət çəkib.
"Ukrayna.ru" nəşri bu xəbəri öz Telegram kanalında şərh edərək qeyd edib: "Kilsələrin zəbt edilməsində iştirak edənlərin qəfil ölümləri silsiləsi davam edir".
Xatırladaq ki, bir müddət əvvəl Kiyev vilayətinin Lipovets kəndində məbədin ələ keçirilməsində də iştirak edən Kaqarlıq merinin müavini İvan Semtsov dünyasını dəyişmişdi. Bu zaman Semtsov xaçı keşişin əlindən qoparıb yerə atıb. Bundan sonra Semtsovun vəziyyəti qəfil pisləşib və həkimlər ona kömək edə bilməyiblər.



Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb