Bütün xəbərlər
Rusiya bayrağını polis binasından qoparan şəxs həbs edilib
Tarix: 09-04-2023 23:28 | Bölmə: Cəmiyyət


Nijni Novqorod vilayətinin Pavlovski rayonunda polis binasından Rusiya bayrağını qoparan şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 3-də baş verib. Həmin şəxsin şəxsiyyəti müəyyən edilib, onun Pavlovski rayonunun Vorsma şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü olduğu məlum olub.
Həmin şəxs polis əməkdaşının qanuni əmrinə tabe olmamaqla bağlı inzibati maddə ilə saxlanılıb. Həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlət bayrağının təhqir olunması ilə bağlı 329-cu maddəsi ilə materiallar toplanıb, nəzarət orqanlarına göndərilib. Onun sözlərinə görə, onu bir il həbs cəzası gözləyir.
Bundan əlavə, kişi xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb