21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Moskvanın cənub-şərqində uşağı xarici avtomobil vurub
Tarix: 08-04-2023 23:37 | Bölmə: Cəmiyyət


Paytaxtda kiçik qız böyüklərin müşayiəti olmadan yolu keçərkən xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin bütün hallarının müəyyənləşdirilməsinə Moskva prokurorluğu nəzarət edir.
Moskva prokurorluğunun Telegram kanalının məlumatına görə, aprelin 8-də Kuxmisterova küçəsində yolu keçərkən 2016-cı il təvəllüdlü qızı 56 yaşlı sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Qəza anı müşahidə kamerası tərəfindən lentə alınıb. Uşaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları qəzanın təfərrüatlarını və qızın böyüklərin nəzarəti olmadan yolun kənarına çıxmasının səbəblərini öyrənirlər.



Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib