Bütün xəbərlər
APU Belqorod kəndinə 12 raket atıb
Tarix: 08-04-2023 22:07 | Bölmə: Cəmiyyət


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna qoşunları Şebekin yaxınlığındakı sərhədyanı Arxangelsk kəndini artilleriya atəşi ilə əhatə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kəndə ən azı 12 gəliş qeydə alınıb, mərmilərin əksəriyyəti inək tövləsinə, taxıl anbarına və kənardakı yardımçı tikiliyə dəyib. Yerli sakinlər arasında xəsarət alan olmasa da, 10 inək həlak olub.
Hazırda hadisə yerinə təcili tibbi yardım qrupu gəlib.
Əvvəllər Arxangelsk kəndinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat verilmirdi.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb