21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Tarix: 08-04-2023 13:16 | Bölmə: Cəmiyyət

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Məlumata görə, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib