20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Ögey oğlunun meyitini iki ildən artıq anasından gizlədib
Tarix: 07-04-2023 14:07 | Bölmə: Cəmiyyət


Tula vilayətində 28 yaşlı kişi meyitini iki il yarım anasından gizlətdiyi beş yaşlı ögey oğlunu öldürdüyünü etiraf edib, TFR-nin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dəhşətli hadisələr 2020-ci ilin oktyabrında Boqoroditskdə, oğlanın anası ezamiyyətə gedəndə baş verib. Həmin vaxt 25 yaşı olan ögey ata balaca uşağı böyütməyi öhdəsinə götürüb, lakin bir axşam onun başına bir neçə zərbə endirib. Bundan sonra kişi yatmağa getsə də, gecə uşağı yoxlamaq qərarına gəlib. Təəssüf ki, o vaxt uşaq ölmüşdü.
Bədbəxt ögey ata başına gələnləri heç kimə deməyib və meyiti adyalla büküb krossoverin yük yerinə yükləyib şəhərdən kənara çıxarıb meşədə basdırıb. Uşağı itirməsini anaya necə izah etdiyi məlum deyil, o, polisə gedib oğlunu axtarmayıb.
Nəticədə həmin şəxs vicdan əzablarına dözməyib və aprelin 6-da özü etiraf ərizəsi ilə polisə təslim olub. Əməliyyatçılar onunla birlikdə meşəyə gedib və öldürülən şəxsin qalıqları olduğu yeri qazıblar. Hələlik şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər