Bütün xəbərlər
Bryansk yaxınlığında Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb
Tarix: 05-04-2023 22:49 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynaya məxsus yüngül mühərrikli təyyarənin Bryansk vilayətinin Klintsovski rayonu ərazisində qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb, yerə heç bir ziyan dəyməyib.
TASS yazır ki, rayonun rəhbəri Viktor Savçenkonun sözlərinə görə, təyyarə əkin sahəsinə düşüb, ona görə də heç bir ziyan vurmayıb.
Hadisə Klintsovski rayonunun Butovsk kəndi yaxınlığında baş verib. Pilot sərhəd dəstəsi tərəfindən saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb