Bütün xəbərlər
Fəhləni cərəyan vuraraq öldürüb
Tarix: 05-04-2023 22:44 | Bölmə: Cəmiyyət


Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, ilkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb