Çərşənbə, 5 mart 2025, 18:50:17  
Son xəbərlər:
14:28 / 05-03-2025
Adəm Məmmədov həbs edildi
Bütün xəbərlər
Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirən şəxs barəsində ibtidai istintaq tamamlanıb
Tarix: 04-04-2023 22:11 | Bölmə: Cəmiyyət


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu yolla da  həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Bildirilib ki, Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb