Bütün xəbərlər
Rusiya Federasiyasının ərazisində Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonası olmayacaq
Tarix: 31-03-2023 20:41 | Bölmə: Cəmiyyət


Rusiya hökuməti Çernobıl AES-in çirklənmə zonasında yerləşən yaşayış məntəqələrinin yeni siyahısını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və 2015-ci il oktyabr tarixli fərman artıq qüvvədən düşmüş hesab olunur.
Yeni siyahıya Bryansk vilayətində əvvəllər istisna zonasında olan dörd yaşayış məntəqəsinin daxil edilmədiyi bildirilir. Bundan əlavə, köçürmə zonasına düşmüş yaşayış məntəqələrinin sayı 25-dən 11-ə enmişdir.
Hökumətin qərarı Hüquqi İnformasiya Portalında dərc olunub.
Köçürülmə zonası istisna zonasından onunla fərqlənir ki, insanlar radiasiya səviyyəsi təhlükəsiz səviyyəyə düşəndə geri qayıda bilirlər.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb