Bütün xəbərlər
Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb
Tarix: 30-03-2023 15:19 | Bölmə: Cəmiyyət


Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər