Bütün xəbərlər
Qadının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Tarix: 30-03-2023 14:51 | Bölmə: Cəmiyyət

Martın 30-u saat 00:15-də radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər. 
Məlumata görə, ilkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbarovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər