Bütün xəbərlər
Müəllim məktəbli qızı vurub, cinayət işi başlanıb
Tarix: 29-03-2023 21:56 | Bölmə: Cəmiyyət


Moskva vilayətinin Dmitrov şəhərindəki ümumi təhsil müəssisəsində baş vermiş insidentdən sonra səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, müəllimlə 6-cı sinif şagirdi arasında münaqişəli vəziyyət yaranıb. İddialara görə, müəllimənin məktəbli qızın saç düzümünə iradı olub.
Nəticədə qarşıdurma hücuma çevrilib - qadın dərs zamanı qızı vurub. Bu an şagirdlərdən birinin smartfonunun kamerasına düşüb.
Daha sonra sosial şəbəkələrdə martın 17-də baş verən hadisənin lent yazısı yayılıb.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər