Bütün xəbərlər
Gənc qadın öldürülüb
Tarix: 29-03-2023 21:26 | Bölmə: Cəmiyyət


Çərşənbə günü, martın 29-da günortadan sonra Moskvanın şimalında, Beskudnikovski bulvarında yerləşən yaşayış binasının mənzilində öldürülmüş 24 yaşlı qadın tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meyiti cinayət qurbanının partnyoru ilə yaşadığı mənzilin sahibinin anası aşkar edib.
Hadisə yerinə baxış zamanı məlum olub ki, zərərçəkmiş çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib. Meyitin yanından cinayətdə şübhəli bilinən silah, mətbəx bıçağı aşkar edilib.
Hazırda İstintaq Komitəsi paytaxtın Baş İdarəsinin əməkdaşları qətllə bağlı maddə ilə cinayət işi açıb, istintaqı prokurorluq öz üzərinə götürüb.
Hazırda ekspert və müstəntiqlər tərəfindən mənzilə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri həyata keçirilir.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər