Bütün xəbərlər
Qudermesdə atəş açan şəxslərin kimliyi müəyyənləşib
Tarix: 29-03-2023 12:16 | Bölmə: Cəmiyyət


Çeçenistan Respublikasında iki silahlı şəxsin polisə hücumundan sonra cinayət işi başlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən şəxslərin şəxsiyyəti artıq müəyyən edilib.
TFR-nin respublika baş idarəsindən verilən məlumata görə, Qudermes şəhərinin 1963 və 1989-cu il təvəllüdlü iki sakini təhlükəsizlik qüvvələrinə atəş açıb. Atəş açan şəxslər qohumlar olub.
Qudermesdə hadisə ötən gecə baş verib. Polis fərdi evlərdən birində silahlı şəxslərin olması barədə məlumatı yoxlayıb.
Baxış zamanı evdə gizlənən cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmağa başlayıblar. Hücum edənlər cavab atəşi ilə məhv edilib.
Hadisə yerindən odlu silah və sursat götürülüb. Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər