Bütün xəbərlər
Milli Məclisin deputatının güllələnməsi ilə bağlı "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin bəyənatı
Tarix: 28-03-2023 23:24 | Bölmə: Cəmiyyət

Bu gün Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa evinin qarşısında terrora məruz qalıb. Bəli, bu terrordur. Azərbaycan dövlətinin rəsmi şəxsinə, millət vəkilinə yönələn bu sui-qəsd cinayəti terrorizmdir.
Sabaha-inamla.az xəbər verir ki, bu fikirlər "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin yaydığı bəyənatda qeyd olunub.
"Vətən Bağı" Sosial Təşəbbüslər Mərkəzi ictimai birliyinin sədri Emin Tarverdiyevin imzası ilə yayılan bəyanatda vurğulanıb ki, bu terroru törədənlərin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, xaos yaratmaq. Ancaq onlar yanılırlar. Azərbaycan güclü hüquq sisteminə, güclü ideoloji xəttə və güclü təhlükəsizliyə malik bir dövlətdir. Bu terroru törədənlər unutmasın ki, Azərbaycan xalqı hər zaman terrora qarşı olub, terroru pisləyib və lənətləyib.
Hörmətli Fazil müəllimə qarşı törədilən bu terroru şiddətlə qınayırıq və inanırıq ki, tezliklə bunu edən öz cəzasını alacaqdır .
Fazil müəllimə keçmiş olsun deyir, tezliklə ayağa qalxmasını diləyirik!




Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər