22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Xilasedicilər insultdan sonra dənizçini gəmidən təxliyə ediblər
Tarix: 28-03-2023 09:59 | Bölmə: Cəmiyyət


Oxot dənizində yerləşən "Slantsy" balıqçı gəmisinin ekipaj üzvü insult keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  dənizçi təcili olaraq helikopterlə gələn xilasedicilər tərəfindən bortdan yerə təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, şəxsi göyərtədən helikopterə qaldırmaq üçün xüsusi səbət və bort bucurqadından istifadə edilib. Həkimlərin nəzarəti altında müalicə olunmaq üçün Maqadan vilayət xəstəxanasına aparılıb.
Xilasetmə əməliyyatında iştirak edənlər əlavə ediblər ki, evakuasiya gecə saatlarında olub və bu, ərazidə oriyentasiyanı xeyli çətinləşdirib. Buna baxmayaraq, xüsusi əməliyyat uğurla başa çatıb.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər