Bütün xəbərlər
Avtobusun qəzaya uğraması nəticəsində 20-yə yaxın adam ölüb
Tarix: 28-03-2023 09:40 | Bölmə: Cəmiyyət


Səudiyyə Ərəbistanında sərnişin avtobusu qəzadan sonra yanıb.

İlkin məlumatlara görə, qəza və nəticədə baş verən böyük yanğın nəticəsində 50-yə yaxın insan həlak olub və yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Asir əyalətindən Məkkəyə gedən sərnişin avtobusu magistral yolda idarəetməni itirərək minik avtomobilinə çırpılıb. TASS agentliyinin çərşənbə axşamı verdiyi məlumata görə, avtobus əyləc nasazlığı səbəbindən dayana bilməyib. Toqquşmadan sonra avtomobil aşıb və alovlanıb. Hadisə şahidləri yanğının görüntülərini lentə alıblar.
İlkin məlumatlara görə, 20 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb, xəsarətlərin əksəriyyəti ağır yanıq xəsarətləri olub. Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər