Bütün xəbərlər
Məhkəmə Pyotr Verzilovu qiyabi həbs edib
Tarix: 27-03-2023 21:31 | Bölmə: Cəmiyyət


Moskvanın Basmannı məhkəməsi “Mediazona” internet mediasının naşiri (Rusiya Federasiyasında xarici agent kimi tanınır) və Pussy Riot qrupunun prodüseri Pyotr Verzilovun (xarici agentlərin reyestrinə daxil edilib) həbsinə icazə verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Rusiya ordusu haqqında dezinformasiya yaymaqda ittiham olunur.
Belə ki, məhkəmə V.Verzilovun barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini xahiş edən müstəntiqin vəsatətini təmin edib. “İnterfaks” xəbər verir ki, bu müddət təqsirləndirilən şəxsin Rusiyaya ekstradisiya edildiyi və ya Rusiya ərazisində saxlandığı andan hesablanmağa başlayacaq.
Verzilov Rusiya Federasiyası Cinayət Məcəlləsinin siyasi və ya digər nifrət əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı saxta məlumatların yayılması maddəsi ilə ittiham olunub. Bu maddə ilə cəza 3 milyondan 5 milyon rubla qədər cərimə və ya beş ildən on ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bundan əvvəl Verzilov başqa cinayət işi üzrə - Kanada vətəndaşlığı barədə məlumatları gizlətdiyinə görə beynəlxalq axtarışa verilib.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər