Bütün xəbərlər
Politoloq Abbas Qallyamov axtarışa verilib
Tarix: 24-03-2023 21:27 | Bölmə: Cəmiyyət


Rusiyanı tərk edən (xarici agentlərin reyestrinə daxil edilib) politoloq və publisist Abbas Qallyamov axtarışa verilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan şəxslərin daim yenilənən məlumat bazasından belə çıxır.
2008-2010-cu illərdə hökumətə rəhbərlik etdiyi dövrdə Vladimir Putinin nitq müəllifi olmuş Qallyamova qarşı cinayət işi açılıb, lakin idarə cinayətin hansı maddə ilə olduğunu açıqlamayıb.
Bir ay əvvəl müxalif düşüncəli politoloq Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə salınıb.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər