Bütün xəbərlər
Məhkəmə Maksim Kaçı qiyabi həbs edib
Tarix: 23-03-2023 19:56 | Bölmə: Cəmiyyət

Axtarışda olan (Rusiya Federasiyasında xarici agent kimi tanınan) keçmiş bələdiyyə deputatı Maksim Kaç Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumat yaydığına görə qiyabi həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt Basmannı məhkəməsinin xidməti məlumat yayıb.
Müxalifətçi blogerin vətənə gəlişi və ya İsraildən ekstradisiya ediləcəyi təqdirdə o, iki ay müddətinə həbs olunacaq.
Kaça qarşı cinayət işi 2022-ci ilin aprelində açılıb, iyulda o, xarici agentlərin reyestrinə daxil edilib və bu il martın 9-da Moskvanın Şukino rayonunun keçmiş deputatı beynəlxalq axtarışa verilib.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər