Bütün xəbərlər
Yeniyetmə məktəbdə üç nəfəri bıçaqlayıb
Tarix: 20-03-2023 23:56 | Bölmə: Cəmiyyət


Kanada polisi martın 20-də orta məktəb şagirdini həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gənc oğlan təhsil müəssisəsinin divarları arasında bıçaqla qurbanlarına hücum edib.
Kanadanın Bedford şəhərində orta məktəbdə bıçaqla silahlanmış yeniyetmənin insanlara hücumu nəticəsində azı 3 nəfər yaralanıb. Bazar ertəsi səhər saatlarında baş verən insident barədə "cbc.ca" xəbər verir. İlkin məlumatlara görə, yaralananlar arasında iki yaşlı da ola bilər.
Hücumun səbəbləri və qurbanların xəsarətlərinin xarakteri açıqlanmır. Yaralıların xəstəxanaya aparıldığı məlum olub. Şübhəli həbs edilib. Hadisənin baş verdiyi məktəb günün sonuna qədər bağlıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin təfərrüatlarını müəyyənləşdirirlər.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər