Bütün xəbərlər
İki yaşlı uşağın zəhərlənməsi ilə bağlı iş nəzarətə götürülüb.
Tarix: 20-03-2023 23:50 | Bölmə: Cəmiyyət


Altay müstəntiqləri Biysk şəhərində kiçik qızın ölümünün səbəblərini müəyyənləşdirirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, nəzarətsiz qalan uşaq nənəsinin həblərini yeyib.
Rayon istintaq idarəsindən verilən məlumata görə, martın 15-də iki yaşlı uşaq nənəsinin himayəsində qalıb. Yaşlı qadının fikri yayınan kimi qız güclü təsir göstərən həblərini tapıb və bir neçə dənə yeyib. Həkimlər zərərçəkmişi reanimasiya etməyə çalışsalar da, görülən tədbirlər nəticə verməyib. Axşam saatlarında uşaq kəskin zəhərlənmədən ölüb.
Faktla bağlı “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Altay diyarı üzrə istintaq idarəsinin rəisinə istintaqın gedişi və hadisənin baş vermə şəraiti barədə ona məlumat verməyi tapşırıb.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər