Bütün xəbərlər
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Tarix: 13-03-2023 14:59 | Bölmə: Cəmiyyət

Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam etdirilir.

Sabaha-inamla.az


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər