Bütün xəbərlər
Yeniyetmənin ölümcül yaralandığı mənzildən video yayılıb
Tarix: 11-03-2023 21:57 | Bölmə: Cəmiyyət


İstintaq Komitəsi Moskva yaxınlığındakı Podolskda bir gün əvvəl 16 yaşlı qızın ölümcül yaralandığı mənzildən video yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntülər hadisə yerində zəruri istintaq hərəkətlərini aparan hüquq-mühafizə orqanları əməkdaşlarının işi zamanı çəkilib.
Xatırladaq ki, Moskva vilayətində fövqəladə vəziyyət martın 11-i şənbə günü məlum olub.
Əvvəllər xəbər verildiyi kimi, 18 yaşlı oğlan dostunun yanına gəlib, gənclər arasında dava düşüb və qonaq qıza bir neçə bıçaq zərbəsi vurub, bundan sonra o, yoxa çıxıb – qaynar təqiblə Moskvada saxlanılıb.
Qurbanı dostları tapdılar - bunun üçün mənzilin giriş qapısı kilidli olduğundan eyvandan keçməli oldular.
Gələn həkimlər azyaşlını xilas etməyə çalışsalar da, o, təcili yardım maşınında dünyasını dəyişib.
Hadisə ilə bağlı qətl işi açılıb, araşdırmalar davam etdirilir.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər