Bütün xəbərlər
Oğurluq edən qadın həbs olunub
Tarix: 10-03-2023 22:18 | Bölmə: Cəmiyyət


Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sabaha-inamla.az-a verilən məlumata görə,
polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb