22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Moskvada dönmə çarxından insanlar təxliyə edilir
Tarix: 07-03-2023 23:09 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, martın 7-də axşam saatlarında VDNKH-da yerləşən "Moskvanın Günəşi" attraksionunda nasazlıq baş verib.

Dönmə çarxı dayandı və bu, kabinələrdə olan ziyarətçilərin evakuasiyasına səbəb oldu.
TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı axşam dönmə çarxında baş verib. Agentliyin məlumatına görə, attraksionun işində nasazlıq yaranıb. Attraksionun dayandırılmasının səbəbləri araşdırılır.
Bəzi məlumatlara görə, "Moskvanın Günəşi" dayandıqdan, kabinələrdə istilik söndürüldükdən sonra insanlar bir saata yaxın hündürlükdə qalıblar. Xilasedicilər hadisə yerindədir və ziyarətçilər təxliyə edilir.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər