22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Tbilisidə xüsusi təyinatlılar parlament qarşısında etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər
Tarix: 07-03-2023 22:38 | Bölmə: Cəmiyyət


Gürcüstan xüsusi təyinatlıları Gürcüstan parlamenti qarşısında keçirilən aksiyanı dağıtmaq üçün bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, toplananlar xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsinin əleyhinədirlər.
Gürcüstan parlamenti bu gün axşam saatlarında xarici agentlər haqqında iki qanun layihəsindən birini birinci oxunuşda səs çoxluğu ilə qəbul edib. Ölkədə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və xarici dövlətdən maliyyələşən qurumların reyestrinin yaradılması təklif olunur.
Müxalifət tərəfdarları səhər tezdən qanunverici orqan qarşısında etiraz aksiyası keçirirlər. Artıq axşam saatlarında xüsusi təyinatlılar etirazçıları sıxışdırıb çıxarmağa və ərazini azad etməyə çalışıblar. Onlar aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Hazırda qarşıdurma davam edir, etirazçılar tərəfindən, ilkin hesablamalara görə, artıq minlərlə insan iştirak edir.
Deputatların təcili olaraq parlament binasından təxliyyə edildiyi bildirilir.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər