22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Polislərə silahlı müqavimət göstərən şəxs həbs edilib
Tarix: 05-03-2023 23:19 | Bölmə: Cəmiyyət



Martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Bildirilir ki, ilkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.
Şübhəli şəxslərdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kq narkotik vasitə qurudulmuş marixuana, 16,6 kq narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülmüşdür.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər