22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Hipermarketdəki silahlı insidenti törədən şəxslərdən biri məhv edilib
Tarix: 05-03-2023 01:41 | Bölmə: Cəmiyyət


Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

Sabaha-inamla.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, o, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.
Görülən tədbirlərlə o, zərərsizləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

***
Elşad Hacıyev diqqətə çatdırıb ki, Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanıldı, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edildi. Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.

Elşad Hacıyev onu da vurğulayıb ki, cinayət hadisəsi ilə bağlı məlumatların idarə olunmasında çox işlər görüldü. Əksər sosial şəbəkə istifadəçiləri hər eşitdiklərini paylaşdılar və yaydılar. Kütləvi şəkildə saxta məlumatlar tirajlanırdı. Bütün çətinliklərə baxmayaraq Azərbaycan Polisinin mütəşəkkil fəaliyyəti və əməliyyatların vahid mərkəzdən idarə edilməsi öz bəhrəsini verdi.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər